Vətən müharibəsində 8 hərbçi itkin düşmüş sayılır - Azərbaycan MN-Siyahı

17:30 30.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin iyunun 30-dək olan siyahısını açıqlayıb.

Hafta.az-ın xəbərinə görə, siyahıda itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat qeyd olunub.

Bildirilir ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.